Sosial iqtisadiyyat

Nazir “Diqlas 1” və “Diqlas 2”dəki mağazaların sayını açıqladı

İlkin məlumata görə, Bakıda yanmış iri ticarət mərkəzində 171 mağaza olub.

"BI"nin məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Bilirsiniz orada “Diqlas 1” və “Diqlas 2” ticarət mərkəzləri var. İlkin məlumata görə, “Diqlas 1”də təxminən 60, “Diqlas 2”də isə 111 mağaza olub. İşçi qrupunun əsas vəzifələrindən biri də bu rəqəmləri tam dəqiqləşdirməkdir”,- nazir deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)