MALİYYƏ

Komissiyanın tərkibi dəyişdirildi - NOVRUZ MƏMMƏDOVDAN YENİ QƏRAR

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiya”nın tərkibi dəyişib. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri Komissiyanın tərkibindən çıxarılıb.

"Businessinsider.az" xəbər verir ki, baş nazirin birinci müavininin sədri olduğu Komissiyanın tərkibi iqtisadiyyat, maliyyə və vergilər nazirləri, Mərkəzi Bankın sədrindən ibarət olacaq.

Dəyişikliklərdən biri isə dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının proqnoz göstəriciləri ilə əlaqədardır. 

Belə ki, iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələri yoxlanılacaq. Əgər əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma aşkar edilərsə, Komissiya həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department