Sığorta

"İpək Yolu Sığorta"nın xalis mənfəəti 30% azalıb

“İpək Yolu Sığorta” ASC 2018-ci ili 1,694 milyon manat xalis mənfəətlə başa vurub.

BI” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 30,4% azdır.

Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 20,722 milyon manat, xərcləri 18,605 milyon manat, mənfəət vergisi ödəmələri isə 423 min manat təşkil edib.

Bu il yanvarın 1-nə şirkətin aktivləri 29,926 milyon manat olub ki, bu da illiik müqayisədə 18,2% azdır. 2018-ci ildə “İpək Yolu Sığorta”nın öhdəlikləri 21,3% azalaraq 7,679 milyon manata, balans kapitalı isə 17,1% azalaraq 22,247 milyon manata düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)