Bu da “Xiaomi”nin ilk qatlana bilən smartfonu - VIDEO
Samsung şirkəti öz YouTube kanalında qatlana bilən Galaxy Fold smartfonunun elastik ekranının necə test edilməsi barəsində video təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Videodan da görmək olar ki, smartfon xüsusi robota yerləşdirilib. Həmin robot isə 1 həftə ərzində Galaxy Fold-u 200.000 dəfə qatlayıb və açıb,
Şirkətin verdiyi məlumata əsasən bu, istifadəçinin gün ərzində zösügedən smartfonu 100 dəfə qatlaması halında smartfondan 5 il müddətində problemsiz istifadə üçün kifayət edir. Yəni smartfon konstruksiyasının dözümlülüyü barəsində narahat olmaq lazım deyil.
Qeyd etmək lazımdır ki, Galaxy Fold smartfonu 7.3 düym əsas Infinity Flex ekran, 4.6 düym əlavə ekran, Snapdragon 855 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, üçlü arxa kamera, ikili ön kamera və 4380 mAh enerjim tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Fold 6 may tarixində Avropanın 15 ölkəsində 2000 avro qiymətində satışa çıxacaq.