Sosial iqtisadiyyat

"Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq"

2020-ci ildə Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 15 min mikromüəssisənin yaradılması planlaşdırılır.

"BI" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev brifinq zamanı deyib.

Nazir qeyd edib ki, layihə Dünya Bankı ilə birgə həyata keçirilir.

S.Babayev xatırladıb ki, ötən il özünüməşğulluq proqramı 7 mindən çox şəxsi əhatə edib, bu il isə 10 min nəfəri əhatə edəcək.

Nazir həmçinin ölkədə reallaşdırılan sosial islahatlardan da danışıb. O bildirib ki, bütün bu planlar dövlət başçısının fərmanlarının inqilabi xarakterinə əsaslanaraq reallaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department