Hadisə

Miqrantlar onları xilas edən gəmini qaçırdılar

Türkiyənin Tuzla bölgəsindən yola çıxan “Elhiblu 1” adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb.

BI” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Palau dövlətinə məxsus olan tanker piratlar tərəfindən girov götürülüb.

Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır.

Hadisə barədə məlumat daxil olduqdan sonra, Liviya Sahil Mühafizə Xidmətinə məxsus döyüş gəmisi tankerə müdaxilə üçün əraziyə göndərilib.

***

NTV-nin məlumatına görə, tankeri miqrantlar qaçırıblar. Bu barədə İtaliya baş naziri Matteo Salvini məlumat verib.

İddialara görə, “Elhiblu 1” adlı karqo gəmisi dənizdə köməksiz qalan 108 miqrantı xilas edib və istiqamət üzrə Liviyanın Trablus şəhərinə hərəkətini davam etdirib. Afrikaya qayıtmaq istəməyən miqrantlar isə gəmini ələ keçirərək Malta istiqamətinə doğru yönəldiblər.

Həm Malta, həm də İtaliya hökuməti açıqlama yayaraq gəminin sahilə doğru yanaşmasına icazə verilməyəcəyini bildiriblər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)