Elm və Texnologiya

Reklamverənlər "Facebook"u dələduzluqda ittiham edir

“Facebook” reklam çarxları ilə bağlı olan statiskanın hesablanması ilə problemi gizlətməyə çalışır. Bu arqumenti reklemverənlər məhkəmədə sübut etməyə çalışırlar. İddiaçılar hesab edir ki, şəbəkə video çarxa baxış sayı ilə bağlı məlumatları bir neçə dəfə artırıb və şişirdilmiş şəkildə təqdim edib.

 xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı (WS J) yazır. “Facebook” videolara baxış sayı ilə bağlı statistikanın hesablanmasındakı problem bilirdi, amma təəssüf ki, onlar həll istiqamətində heç bir addım atmayıblar. “The Wall Street Journal” isə bu haqda 2016-cı ildə ABŞ-ın Kaliforniya ştatında bir sıra reklamverənin iddiasına istinadən yazıb. Cümə günü isə bir qisim reklamverən “Facebook”u eyni iddianın bir hissəsi olaraq dələduzluqda günahlandırıb.

İddiaçıların kompaniyanın 80 min səhifəlik sənədini araşdırdıqdan sonra, belə qənaətə gəliblər ki, “Facebook” 2015-ci ilin yanvar ayından reklam video çarxlarına baxış vaxtının çoxalması haqqında məlumatlı olub. İddiaçıların sözlərinə görə, sosial şəbəkə bu barədə reklamverənləri öncədən xəbərdar etməli idi.

“Fərziyyələr var ki, biz öz partnyorlarımızdan problem haqqında məlumatı gizlətmişik. Bu, isə tamamilə səhvdir. Bu, haqda müştərilərimizə bildirdikdə, onlar bizim mərkəzimizi əhatəyə alaraq, problemin səbəbi haqqında izahat tələb edirdilər”, - deyə “Facebook”un nümayəndəsi jurnala deyib.

Xatırladaq ki, WSJ hələ avqust ayında problem haqqında yazmışdı. Həmin vaxt isə “Facebook” bir neçə gün ərzində reklam çarxlarının metrikində baş verən səhvi təsdiq etmişdi. Amma onlar qeyd edirdilər ki, adiyyatı problem haqqında öncədən məlumatlı olmayıblar. Həmin məqalədə bildirilirdi ki, “Facebook” bir sıra müştərilərinə baxış vaxtının 60-80% artırılması ilə bağlı məsələni izah edib. İddiaçılar isə öz növbəsində qeyd edir ki, reklam çarxlarının statistikasında baş verən problemin miqyası heç də 60-80% deyil, 150-900% arasında dəyişib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)