Yeni yaradılmış bir həyat sığortası şirkəti lisenziya aldı

Azərbaycanda daha bir həyat sığortası şirkəti fəaliyyət üçün lisenziya alıb.
"BI" xəbər verir ki, "Xalq Həyat Sığorta" şirkəti fəaliyyət üçün lisenziya alıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyəğ göstərir. Bunlar "Qala Həyat", "Atəşgah Həyat" və "Paşa Həyat" şirkətləridir.
Ötən ilin payızında Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkət “Xalq Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 15 milyon manat, qanuni təmsilçisi isə “Xalq Sığorta”nın İdarə Heyəti sədrinin müavini Roman Alpaşa oğlu Vəliyevdir.