Nazirdən yanğınla bağlı - AÇIQLAMA
Artıq yanğın lokallaşır, açıq alovlar məhdudlaşır”.
“BI” xəbər verir ki, bunu “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı hadisə yerində danışan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
“Yanğına texnikalar cəlb olunub. 2 helikopter cəlb olunub, indi biri də cəlb olunur. Binanın çöl fasadı alkaponla üzlənib. Bunlar da yayan maddələrdir. Bizim yanğınsöndürənlər içəridə maskalar ilə işləyirlər. Yanğın ciddi bir yanğındır. Artıq yanğın lokallaşır, açıq alovlar məhdudlaşır”.
Qeyd edək ki, dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər. Hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.
Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.