ENA+

“Azərmarka” Novruz bayramına həsr olunmuş yeni poçt markalarını dövriyyəyə buraxıb

Martın 19-dan etibarən “Azərmarka” MMC tərəfindən Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.

MMC-dən "BI"yə bildirilib ki, 6 markadan ibarət kiçik vərəq formasında olan markalar - “Bahar qızı” “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub.

Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib. Hər markanın ölçüsü 28x40 millimetrdir. Həmçinin 200 ədəd “Birinci gün” zərfləri də hazırlanıb. Orijinal poçt markalarının tirajı 30 min nüsxədir.

Qeyd edək ki, markaların tərtibatçı-rəssamı Nərmin Abdullayeva, dizayneri  isə Anar Mustafayevdir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department