ENA+

Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçildi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib.

Tengrinews yazır ki, Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə prezidenti Kasım-Jomart Tokayev irəli sürüb.

Seçkilər qapalı keçirilib və 44 iştirakçının hamısı ona səs verib.

Dariqa Nazarbayeva 1963-cü ildə anadan olub. O, Moskva Dövlət Universitetinin məzunudur. Atasının 1990-cı ildə Qazaxıstanın prezidenti seçilməsindən sonra Dariqa Nazarbayeva karyerasına başlayıb. 1992-ci ildə “Bobek” uşaq-xeyriyyə fondunun vitse-prezidenti seçilib. 1994-cü ildən “Xabar” informasiya agentliyinin rəhbəridir.

2004-cü ildə ilk dəfə parlamentə, 2007-ci ildən “Nurbank”ın direktorlar şurasına üzv seçilib. 2010-cu ildən isə həmin bankın rəhbəri olub. 2012-ci ildə Nazarbayeva Qazaxıstan Milli Məclisinin sosial-mədəniyyət üzrə komissiyasının üzvü seçilib, 2014-cü ildən isə fəaliyyətini parlamentin spikeri vəzifəsində davam etdirib. 2015-ci ildən Dariqa Nazarbayeva hökumətdə sədr müavini vəzifəsinə təyinat alıb. 2016-cı ildə isə yenidən parlamentin yuxarı palatası olan Senata qayıdıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)