Hadisə

"Dərman mafiyası"nın üzvləri azadlığa buraxıldılar - MƏHKƏMƏ QƏRARI

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib. 

"BI"nin verdiyi xəbərə görə, dövlət ittihamçısı çıxış edərək Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında qandallanmasını istəyib.

Ev dustaqlığında olan Elnur Məmmədova şərti cəza verilməsini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsini və məhkəmə zalından azadlığa buraxılmalarını istəyib.

Məhkəmə kollegiyasının hökmü ilə bütün təqsirləndirilən şəxslərə şərti cəza verilib. Həbsdə olan şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)