HI-TECH

Microsoft dünyada süni intellektin yayılma səviyyəsini açıqlayıb

2026-cı ilin II rübündə dünyada 15-64 yaş aralığındakı insanların 18,8%-i generativ süni intellekt alətlərindən istifadə edib.

ENA.az xəbər verir ki, bu barədə “Microsoft”un AI Economy Institute tərəfindən hazırlanan hesabatda bildirilib.

Məlumata görə, göstərici ilin I rübü ilə müqayisədə 1 faiz bəndi artıb. Süni intellektdən istifadənin artımı demək olar ki, bütün ölkələrdə qeydə alınıb.

Ölkələr üzrə Birləşmiş Ərəb Əmirlikləri 73,3%-lə ilk sırada qərarlaşıb. Sinqapurda bu göstərici 64,3%, İrlandiyada 49,9%, Fransada 49,6%, Norveçdə isə 49,4% təşkil edib.

“Microsoft”un məlumatına əsasən, hesabat 147 iqtisadiyyat üzrə toplanmış və anonimləşdirilmiş telemetriya məlumatlarına əsaslanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)