İki nəhəng bank birləşsə 20 min nəfər işindən olacaq
Almaniyanın ən böyük işçi həmkarlar ittifaqlarınının sədri Frank Bsirske, Deutsche Bank ilə Commerzbank-ın birləşməsinə münasibət bildirib.
Onun sözlərinə görə, birləşmə nətcəsində, təqribən 20 min və ya daha çox insan işini itirə bilər.
Deutsche Bank-ın Audit Komitəsinin də üzvü də olan Bsirske, sözügedən iki bankın birləşməsinin struktur olaraq uyğun olmadığını bildirir.
Almaniya hökuməti, ticarət müharibələri, siyasi qeyri-müəyyənliklər, maliyyə bazarlarda yaşanan dalğalanma, şirkətlərin borc səviyyəsindəki artım, Brexit qeyri-müəyyənliyi, İtaliyanın borc yükü və Avro Bölgəsi bank sektorundakı zəiflik kimi hallara görə Almaniyanın ən böyük bazar payına malik bankı "Deutsche Bank"ın gələcəyi barədə narahatlıq keçirir və iki bankın birləşməsi üçün şərait hazırlayırdı
Almaniya hökuməti, Commerzbank-ın 2008 maliyyə böhranında azad edilməsindən sonra ən böyük ortağı olmuşdu. 2 bankın birləşməsi üzrə danışıqlarının uğurla nəticələnməsi halında Avropanın 4-cü böyük bankı ortaya çıxacaqdır.
Almaniyanın ən böyük bankları birləşmək barədə danışıqlara başladıqlarını rəsmi olaraq açıqlayıblar.