Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi artıb
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 252,1 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4,1% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Fevral ayında 122 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara görə, hesabat dövründə mənzil tikintisinə investisiya qoyuluşları 157,6 mln. manat (artım 35,9%) təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.
Ötən il mənzil tikintisinə investisiya qoyuluşları 1 mlrd. 318,8 mln. manat (artım 32,3%) təşkil edib.