"Yorulmuşam, təkliflərin heç birinə razılıq vermirəm"
“Azərbaycanda tikdiyim zavodlar Azərbaycana qalacaq”.
“Businessinsider.az” xəbər bunu media nümayəndələri görüşündə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl bildirib.
"İndi 70 yaşım var. Adam yavaş-yavaş yorulur. Mənə çoxlu təkliflər var, amma heç birinə razılıq vermirəm. Çünki bir iş gördüyün zaman gərək canını qoyasan. Əgər canını qoymasan qarşılığını ala bilməyəcəksən”,- Abdulbari Gözəl deyib.
Məşhur iş admı bildirib ki, ötən illər ərzində Azərbaycana çox yaxşı təkmil nəsil yetişdirib: “Digər şirkətlərdə işləyənlərdən soruşun: “Siz əvvvəl harada işləyirdiniz?” Çoxu deyəcək ki, “Azərsun”da. “Azərsun” bir univesitetdir. Onlar bizdə iş təcrübəsi ilə bərabər, iş əxlaqını, xeyriyyəçiliyi də öyrəniblər”.
Abdulbari Gözəl əlavə edib ki, hazırda “Azərsun Holdinq”də 12 min nəfər işləyir.
Qeyd edək ki, iş adamı Abdulbari Gözəl 1991-ci ildən Azərbaycanda çalşır.