MALİYYƏ

Məzuniyyət ödənişlərindən vergi belə tutulacaq

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə mindikdən sonra əvvəlki illərdə istifadə olunmayan əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın gəlir vergisinə və sosial sığorta haqlarına cəlb olunması ilə bağlı Vergilər Nazirliyinə çoxsaylı sorğular daxil olub. Nazirlik həmin ödənişlərin vergiyə cəlb edilməsi qaydalarına aydınlıq gətirib. Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

 

Eləcə də bax: Vergilər Nazirliyi: Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər

 

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

©vergiler.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)