Rəsmi

Prezident sərəncam imzaladı: Büdcədən 6,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"BI" xəbər verir ki, sərəncamla Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 6 807 400 (altı milyon səkkiz yüz yeddi min dörd yüz) manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamdagöstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department