Sənaye

Azərbaycanda qızıl istehsalı azalıb, gümüş istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 626,9 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% azdır. 

Bu il martın 1-nə 109,8 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, iki ay ərzində ölkədə 843,7 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. 

Bu il martın 1-nə 213,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)