Bakı-Gəncə qatarında 100 manatlıq biletə nə daxildir? - SİYAHI
Bakı - Gəncə sürət qatarında müxtəlif qiymət paketlərinə uyğun olaraq xidmətlər də fərqlidir.
“BI”-yə "Azərbaycan Dəmir Yolları"ndan verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürət qatarında sonuncu stansiyaya qədər gedən sərnişinlər üçün standart sinifdə qiymət 10, biznesdə 50, birinci klassda isə 100 manatdır.
Hazırda sərnişinləri maraqlandıran məsələ isə müxtəlif kateqoriyalarda göstərilən xidmətlərdə gediş haqqına nələrin daxil edilməsidir.
Standart kateqoriyalı vaqonlarda (10 manat) gediş haqqına sendviç, şirə, su;
Biznes vaqonlarda (50 manat) iki növ sendviç, şirə, su;
Birinci klass yerlərdə (100 manat) isə soyuq yemək, kofe, çay, şirə və su daxildir.