Ən çox dərman vurulan meyvə və təvəzlər - SİYAHI
Ən çox zəhərli meyvə-tərəvəz siyahısında çiyələk və ispanaq ilk yerləri tutur.
"BI" xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Naziliyi tərəfindən aparılan test nümunələri nəticəsində ən çox pestisit qalıqlarının çiyələk və ispanaqda olduğu müəyyən edilib. Araşdırma nəticəsində çiyələkdə 20 fərqli pestisit olduğu aşkar olunub. İspanağın tərkibində isə digər hər hansı meyvə və ya tərəvəzə nisbətən 2 dəfədən daha çox pestisit var.
Çiyələk və ispanaqdan sonra siyahıda alma, üzüm, şaftalı, vişnə, armud, pomidor, kərəviz, kartof, və şirin bibər gəlir. Şaftalı, vişnə və almanın 98%-indən çox hissəsində ən az bir həşərat dərmanı var.
Bəs kimyəvi maddələrə məruz qalma nə qədər təhlükəlidir?
1996-cı ildə ABŞ federal qanunları Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) qərarı ilə insan sağlamlığına zərər verə biləcək bir çox zəhərli kimyəvi maddələrdən istifadə qadağan edilib. Lakin tədqiqatlar hələ də istifadə olunan pestisidlər nəticəsində dəyən zərərləri araşdırmağa davam edir. Tədqiqatçılar təbii meyvə və tərəvəzlərdə daha az həşərat dərmanı olduğunu bildiriblər.
Tərkiblərində ən çox petsitit olan meyvə-tərəvəzlər bunlardır:
Avokado
Şirin qarğıdalı
Ananas
Kələm
Soğan
Dondurulmuş noxud
Papaya
Quşqonmaz
Mango
Badımcan
Kivi
Yemiş
Gül kələmi
Brokkoli