"Azərsun Holdinq"dən qiymət - AÇIQLAMASI
Dollar və dünya ərazaq qiymətləri yüksəldiyi halda "Azərsun Holdinq"in məhsulları bahalaşa bilər.
“Hazırda Dollar/Manat məzənnəsi və dünya əmtəə birjalarında ərzaq qiymətləri sabitdir. Bu səbəbdən qiymətlərin artırılması nəzərdə tutulmur”.
Eləcə də bax: Azərbaycan holdinqi daha 1000 nəfəri işə götürəcək
"BI"nin məlumatına görə, bunu "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl media nümayəndələri ilə görüşü zamanı bildirib.
“Dünya iqtisadiyyatı qiymətlərin artacağını göstəmir. "Azərsun Holdinq" məhsullarının üzərinə cüzi gəlir əlavə edir. Biz istəyirik ki, daha çox sataq, daha çox satmaqdan qazanaq”.