Azərbaycan Aİ ölkələrinə nar ixrac edə bilər
Azərbaycan Avropa İttifaqına (Aİ) daxil olan 4 ölkəyə - Almaniya, Fransa, Latviya və Polşaya nar ixrac edə bilər.
Bİ.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının katibi Şahin Həsənli məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır, müqavilələrin bağlanılması gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanın nar ixracında əsas istiqamət qonşu Rusiyadır.
Assosiasiya rəsmisi onu da deyib ki, bu il nar ixracının ötən illə müqayisədə 20-25% çox olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, Azərbaycan adı çəkilən ölkələrdən Polşaya həm də xurma ixrac etməyi planlaşdırır.