Rəsmi

Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib

Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)