BİZNES

Azərbaycanın ən məşhur bankları və şirkətləri – AÇIQLANDI

Media Consulting and Services  media monitorinq qrupu  01-28 fevral 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub."BI" xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya kanal, 13 radio dalğası; 55  çap  və  600 on-line media daxil olmaqla  680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  


Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumların ilk beşliyini təqdim edirik.  

Mobil rabitə
Azercell 1598
Nar mobile  1297
Bakcell 689

Bank sektoru
Azərbaycan Beynəlxalq Bankı 2002
Kapital Bank  943
Paşa Bank 743
Accessbank 520
Bank Respublika 508

Sığorta sektoru
Azsıgorta 230
Atəşgah 159
Atəşgah Həyat 80
PAŞA sığorta 77
AXA MBASK 65

Ali məktəblər
BDU 3591
UNEC 1424
ADU 1114
ATU 860
BANM 700

Hotel
Excelsior 145
Landmark 131
Ambassador 111
JW Marriott Absheron  61
Hilton  55

Qeyd edək ki, elan olunan statistika  yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)