Gündəm

Tramp: İranın bərpasını maliyyələşdirmək niyyətimiz yoxdur

ABŞ İranla əldə olunmuş razılaşmalar çərçivəsində İrana investisiyalar yatırmayacaq.

Məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.

Tramp ABŞ-nin İranla münaqişənin nizamlanmasına dair saziş çərçivəsində ölkənin bərpasını maliyyələşdirə biləcəyi barədə KİV-də yayılan məlumatları "absurd" adlandırıb.

"Biz heç bir pul yatırmırıq, bizim İrana hər hansı bir pul yatırmaq öhdəliyimiz yoxdur", - Donald Tramp deyib.

O vurğulayıb ki, ABŞ-nin bu cür addımlara hüququ ola bilər, lakin ölkə vəsait yatırmağı planlaşdırmır.

"Əgər istəsək, buna hüququmuz var, lakin biz heç bir pul yatırmırıq", - o əlavə edib.

Daha əvvəl KİV xəbər vermişdi ki, ABŞ və İranın cümə günü Cenevrədə imzalamağı planlaşdırdıqları memorandumda Birləşmiş Ştatlar tərəfindən İranın bərpasına 300 milyard dollarlıq töhfəni nəzərdə tutan bənd mövcuddur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)