Gündəm

ABŞ: İranın vurduğu ziyan dondurulmuş vəsaitlər hesabına ödəniləcək

İranın Körfəz ölkələrinə vurduğu maddi ziyan onun dondurulmuş bank hesablarından ödəniləcək.

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “X” hesabında bildirib.

O qeyd edib ki, İrana Hörmüz boğazından keçmək üçün ödənilən rüsumlar Tehranın hesablarından çıxılacaq və hesab balanslaşdırılacaq.

“İranın hər bir hücumu onun iqtisadi və maliyyə nəticələrini daha da ağırlaşdıracaq”, – Bessent vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)