Neft Fondu Yaxın Şərq ölkələrinin buraxdığı qiymətli kağızlara investisiyalar edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin üçüncü rübündə Yaxın Şərq ölkələrinin buraxdığı qiymətli kağızlara investisiyalar edib.
Bİ.az xəbər verir ki, bu barədə Neft Fondundan məlumat verilib. “Həmin regiondakı ölkələrin buraxdığı borc qiymətli kağızlarına investisiyalar olunub”, - deyə Dövlət Neft Fondundan bildirilib.
Qeyd edək ki, bu il iyunun 30-na Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 0,06 faizi Yaxın Şərq təşkil edib. Sentyabrın 30-u tarixinə isə Yaxın Şərqin ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatındakı payı artaraq 0,8 faiz olub.