Bank

Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 438,5 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,05 % çoxdur.

4 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 437,4 milyon manat (14,7 % çox), əməliyyat xərcləri 1 milyard 753,4 milyon manat (13,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 141,1 milyon manat (9,8 % az), digər xərcləri 0,2 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 104,2 milyon manat (15,65 % çox) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)