Azərbaycan əhalisinin son sayı açıqlandı
2026-cı ilin yanvar-mart aylarında əhalinin sayı 5814 nəfər və ya 0.1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10 268 165 nəfərə çatmışdır.
ENA.az. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşmüşdür.
Doğulan körpələrin 53,8 faizi oğlan uşaqları, 46,2 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olmuşdur. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Şərqi Zəngəzur (10,3), Dağlıq Şirvan (10,2), Qarabağ (10,1), LənkəranAstara (10,0), Mil-Muğan (9,3), Şirvan-Salyan (9,0), Mərkəzi Aran (8,9), Qazax-Tovuz (8,6), Quba-Xaçmaz (8,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,0) yüksək olmuşdur

















