Bank

“AccessBank”ın yeni səhmdarlarının adları və payları - AÇIQLANDI

"AccessBank" beynəlxalq maliyyə bazarlarının nüfuzlu oyunçularını səhmdarları sırasına cəlb etdi. Bu səhmdar sayəsində bank  Azərbaycanın ən güclü simalarından biri olacaq.  

Bu gün bank nizamnamə kapitalının artırılmasının başa çatdığını elan etdi.  Access Bank ASC-nin İdarə Heyətinin sədri Arif Həsənovun sözlərinə görə,  nizamanamə kapitalı 258 milyon manata çatdırılıb.

Eləcə də bax: "AccessBank"dan gedən səhmdarlar payını neçəyə satdı?

Xəbər verdiyimiz kimi, 15 Noyabr 2018-ci il tarixində bir qrup investorlar arasında bankın kapitallaşması ilə bağlı saziş imzalanmışdı. Sazişin  “AccessBank”a 184 milyon manat məbləğində sərmayənin yatırılmasını nəzərdə tutduğunu, bu vəsaitdən 118,5 milyon manatının Bankın nizamnamə kapitalının artırılmasına yönəldiləcəyi və bunun nəticəsində səhmdar kapitalın 258 milyon manata çatacağı açıqlanmışdı.

"BI"nin məlumatına görə, bu gün Bakıda keçirilən tədbirdə Bankın yeni səhmdarlarının adları və payları açıqlanıb. “AccessBank”ın səhmdarlarının sayı 6-dan 13-ə yüksəlib. 

 

"AccessBank"ın  indiyədək səhmdarları və payları aşağıdakı şəkildə idi:

1. Qara Dəniz Ticarət və İnkişaf Bankı - 20%

2.Avropa Yenidənqurma və İnkişaf Bankı - 20%

3.Beynəlxalq Maliyyə Korporasiyası - 20%

4. KfW İnkişaf Bank - 20%

5. Access Microfinance Holding AG - 16,53%

6. LFS Financial Systems GmbH - 3,47%

 

"AccessBank" səhmdarlarının yeni tərkibi:

 

-Asiya İnkişaf Bankı -19,90%

-Avropa İnvestisiya Bankı - 17,39%

-Beynəlxalq Maliyyə Korporasiyası - 16,56%

responsAbility tərəfindən idarə edilən investisiya fondları

- responsAbility SİCAV (Lux) – 2,91%

-responsAbility Managment Company S.A – 7.11%

-Hollandiya İnkişaf Bankı – (FMO) – 9,41%

-Avsrtiya İnkişaf Bankı -9,17%

- SİFEM AG - 8.89%

- EFSE – 2,78%

-Symbiotics SİCAV (Lux) – 2,27%

GGF – 1.77%

LFS Advisory GmbH – 1.27%

Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0,58%

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)