Bank

EBRD Azərbaycandakı cari layihə portfelini və əməliyyat aktivlərini artırıb

Bu il martın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 919 milyon avro təşkil edib.

ENA.az EBRD-yə istinadən xəbər verir ki, portfelin 40 %-i özəl sektorun payına düşür.

Fevralın 28-i ilə müqayisədə portfel 2,3 % və yaxud 21 milyon avro artıb.

Bundan başqa, hazırda 36 layihə aktivdir.

Bankın məlumatına görə, cari portfelin əsas hissəsi – 90 %-i (825 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 7 %-i (63 milyon avro) maliyyə institutlarının kreditləşdirilməsinə, daha 3 %-i (30 milyon avro) isə korporativ sektora yönəldilib.

Ümumilikdə, EBRD indiyə qədər Azərbaycanda 202 layihənin həyata keçirilməsinə 3,712 milyard avro investisiya yatırıb.

Martın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin həcmi fevralın 28-nə olan göstərici ilə müqayisədə 3 % (21 milyon avro) artaraq 716 milyon avro təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə bank Azərbaycanda 81 milyon avro dəyərində 10 layihəni maliyyələşdirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)