Bank

Azərbaycan Mərkəzi Bankı iki BOKT-ni cərimələyib

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində iki bank olmayan kredit təşkilatında qanun pozuntuları aşkarlanıb.

ENA.az bunu AMB-yə istinadən xəbər verir.

Məlumata görə, həm “FİNCA Azerbaijan” MM QBKT, həm də ləğv prosesində olan “Finoko” BOKT ASC tərəfindən hesabatların qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim olunmaması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması halları müəyyən edilib.

Bununla əlaqədar olaraq, “Finoko” BOKT ASC 29 oktyabr 2025-ci il, “FİNCA Azerbaijan” MM QBKT isə 21 noyabr 2025-ci il tarixli məhkəmə qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən hər biri 2000 manat məbləğində cərimə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)