Dövlət şirkətlərinin qeyri-neft ixracı 22%-dən çox azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 131,645 milyon ABŞ dolları təşkil edib.
ENA.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 37,703 milyon ABŞ dolları və ya 22,26 % azdır.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 22,94 % payla "AzərGold" QSC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
|
Şirkət |
2026-cı ilin yanvar-fevral aylarında ixracın həcmi (milyon ABŞ dolları) |
2025-ci ilin yanvar-fevral aylarında ixracın həcmi (milyon ABŞ dolları) |
Faiz fərqi |
|
"AzerGold" QSC |
30,9 |
21,8 |
41,74 % |
|
"SOCAR Polymer" MMC |
35,7 |
30,3 |
17,82 % |
|
"Azəralüminium" MMC |
27,8 |
23,4 |
18,8 % |
|
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
27,4 |
70,4 |
-61,08 % |
|
"Azərpambıq ASK" MMC |
6,8 |
7,8 |
-12,82 % |
|
SOCAR-ın Qaz İxrac İdarəsi |
2,6 |
15,6 |
-83,33 % |
|
"SOCAR CAPE" MMC |
0,328 |
0 |
- |
|
"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi |
0,053 |
0 |
- |
|
"İSTİSU mineral su zavodu" MMC |
0,045 |
0,007 |
542,86 % |
|
"Qaradağ Şüşə Zavodu" ASC |
0,021 |
0,043 |
-51,16 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dollarına çatıb.


















