Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
Məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, "Trikafta", "Kalideko" , "Orencia" , "Livmarli" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 131-ə çatıb.
















