Azərbaycan bankları dollar riskindən qaçır: xarici valyutada kreditlər azalır - CƏDVƏL
Bank sektorunda xarici valyutada kreditlər adətən valyuta gəliri olan biznes subyektlərinə və ya idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkətlərə verilir. Belə kreditlər dollar və ya avro ilə ödənilən gəliri olan müştərilər üçün daha uyğun hesab olunur. Bunun əsas səbəbi valyuta məzənnəsi riskidir: əgər borcalanın gəliri manatla formalaşırsa və milli valyuta dəyərdən düşərsə, kredit yükü əhəmiyyətli dərəcədə arta bilər.
Xarici valyutada kreditlərdə azalma tendensiyası
Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, bank sektorunda kreditlərin ümumi həcmi artmaqdadır, 2025-ci ilin sonunda bu göstərici 31,9 milyard manata çatıb. Bunun yalnız 14 faizini xarici valyutada olan borclar təşkil edir.
Xarici valyutada kreditlərin həcmi isə ümumi portfeldən fərqli olaraq azalma tendensiyası nümayiş etdirir.
- 2024-cü ilin sonunda: 4,52 milyard manat
- 2025-ci ilin sonunda: 4,35 milyard manat
Bu, bir il ərzində təxminən 3,6% azalma deməkdir. 2026-cı ilin yanvarında isə göstərici 4,33 milyard manat olub ki, bu da 2025-ci ilin sonu ilə müqayisədə təxminən 0,4% azalma göstərir. Beləliklə, bank sektoru manatla kreditləşməyə üstünlük verir və Tənzimləyici qurumun siyasətinə uyğun olaraq banklar da valyuta risklərini azaltmaq üçün manat kreditlərini daha çox təşviq edir.
Bir ayda 32% artım
Xarici valyutada kreditlər üzrə vaxtı keçmiş borcların azalması diqqət çəkir.
2024-cü ilin sonu: 101,4 milyon manat
2025-ci ilin sonu: 79,8 milyon manat
Bu, təxminən 21,3% azalma deməkdir. Lakin 2026-cı ilin yanvarında vaxtı keçmiş borclar 104,9 milyon manata yüksəlib və bu da bir ay ərzində təxminən 31,5% artım deməkdir.
Struktur dəyişir
2025-ci ilin sonu ilə müqayisədə qısamüddətli və uzunmüddətli xarici valyuta kreditlərinin strukturunda da dəyişiklik var:
- Qısamüddətli kreditlər: 2024-cü ilin sonundakı 789,7 milyon manatdan 2025-ci ilin sonunda 1,22 milyard manata yüksəlib – təxminən 55% artım.
- Uzunmüddətli kreditlər: eyni dövrdə 3,73 milyard manatdan 3,13 milyard manata enib – təxminən 16% azalma.
Bu isə bankların valyuta risklərini azaltmaq üçün daha qısa müddətli kreditlərə üstünlük verdiyini göstərir.
Qeyd edək ki, xarici valyuta kreditlərinin risklərində məzənnə riski daha böyükdür, çünki milli valyutanın ucuzlaşması borcun real yükünü artırır. Həmçinin gəlir uyğunsuzluğu yarad bilər ki, manat gəliri olan şəxslər üçün ödəmə qabiliyyəti zəifləyə bilər.
Makroiqtisadi risklər isə qlobal maliyyə və enerji bazarındakı dəyişikliklərin valyuta kursunda öz əksini tapması ilə bağlıdır. Azərbaycanda dollar/manat nisbəti dəyişməz olaraq qaldığından bu daha çox avro ilə aparılan əməliyyatlar aiddir. Ümumilikdə isə banklar riskləri məhdudlaşdırmaq üçün daha çox manatla və qısamüddətli kreditləşməyə üstünlük verirlər.
|
Tarix |
Cəmi |
Vaxtı keçmiş |
Xarici valyutada cəmi kreditlər |
vaxtı keçmiş |
Qısamüddətli, cəmi |
vaxtı keçmiş |
Uzunmüddətli, cəmi |
vaxtı keçmiş |
|
2024 |
29288.2 |
449.1 |
4515.2 |
101.4 |
789.7 |
24.3 |
3725.5 |
77.1 |
|
01 |
24362.5 |
454.1 |
4755.6 |
109.3 |
774.4 |
28.9 |
3981.3 |
80.4 |
|
02 |
24629.1 |
469.2 |
4736.3 |
115.3 |
753.6 |
29.0 |
3982.7 |
86.3 |
|
03 |
25442.7 |
470.8 |
4716.2 |
114.3 |
754.5 |
32.1 |
3961.7 |
82.2 |
|
04 |
25984.5 |
462.2 |
4688.8 |
106.5 |
735.8 |
32.1 |
3953.0 |
74.4 |
|
05 |
26498.3 |
466.5 |
4682.5 |
105.2 |
722.3 |
28.4 |
3960.2 |
76.9 |
|
06 |
27003.3 |
451.7 |
4657.3 |
103.8 |
728.9 |
27.8 |
3928.5 |
76.0 |
|
07 |
27268.5 |
453.7 |
4602.1 |
105.2 |
708.0 |
29.4 |
3894.1 |
75.8 |
|
08 |
27649.4 |
473.1 |
4611.3 |
104.1 |
726.6 |
29.3 |
3884.6 |
74.8 |
|
09 |
28404.6 |
480.0 |
4720.6 |
107.7 |
743.9 |
27.6 |
3976.7 |
80.1 |
|
10 |
28779.2 |
479.8 |
4694.5 |
108.0 |
716.3 |
23.6 |
3978.2 |
84.5 |
|
11 |
29066.8 |
496.6 |
4681.1 |
118.5 |
788.7 |
37.0 |
3892.4 |
81.5 |
|
12 |
29288.2 |
449.1 |
4515.2 |
101.4 |
789.7 |
24.3 |
3725.5 |
77.1 |
|
2025 |
31946.7 |
524.5 |
4352.8 |
79.8 |
1224.7 |
10.9 |
3128.1 |
68.9 |
|
01 |
29325.3 |
475.1 |
4434.9 |
106.0 |
771.2 |
27.8 |
3663.7 |
78.3 |
|
02 |
29402.9 |
480.1 |
4347.9 |
102.8 |
750.6 |
24.2 |
3597.3 |
78.5 |
|
03 |
29679.4 |
481.6 |
4391.9 |
98.2 |
764.1 |
22.0 |
3627.8 |
76.3 |
|
04 |
29898.8 |
502.6 |
4344.9 |
97.9 |
722.8 |
21.8 |
3622.1 |
76.1 |
|
05 |
30188.8 |
508.3 |
4283.6 |
94.9 |
674.4 |
20.5 |
3609.3 |
74.4 |
|
06 |
30231.8 |
527.4 |
4240.1 |
90.3 |
663.1 |
20.0 |
3577.1 |
70.3 |
|
07 |
30257.9 |
529.4 |
4143.0 |
95.8 |
670.0 |
23.3 |
3473.0 |
72.5 |
|
08 |
30464.6 |
530.9 |
4077.6 |
96.6 |
706.2 |
25.4 |
3371.4 |
71.2 |
|
09 |
31041.8 |
528.1 |
4239.7 |
89.7 |
937.8 |
19.9 |
3302.0 |
69.8 |
|
10 |
31169.4 |
544.8 |
4215.7 |
97.1 |
1108.3 |
18.4 |
3107.4 |
78.7 |
|
11 |
31451.1 |
557.6 |
4279.6 |
92.8 |
1176.0 |
16.3 |
3103.6 |
76.5 |
|
12 |
31946.7 |
524.5 |
4352.8 |
79.8 |
1224.7 |
10.9 |
3128.1 |
68.9 |
|
2026 |
|
|
|
|
|
|
|
|
|
01 |
31863.7 |
557.5 |
4333.4 |
104.9 |
1271.2 |
31.3 |
3062.2 |
73.6 |
















