MALİYYƏ

Azərbaycanın neft pulları nəyə xərclənib? - CƏDVƏL

Azərbaycan Neft Fondunun 2018-ci ilin yekunu üzrə xərcləri 11,5 milyard manat olub. Bəs bu pullar nəyə xərclənib?

"Businessinsider.az" xəbər verir ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, 2018-ci ildə layihələrin maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilib. TANAP, “Şahdəniz 2”, eləcə də, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Türkiyənin ən nüfuzlu layihəsi sırasına daxil olmuş “Star” neft emalı zavodu kompleksi kimi layihələr uğurla icra edilib. 

Ümumilikdə neft pullarının xərclənməsi ilə bağlı layihələr aşağıdakılardır: 

Layihələr

Xərclənən vəsait, AZN ilə

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri

297,9 MLN.

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

2 241,3 MLN.

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi

779,6 MLN.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması

1 421,4 MLN.

Dövlət büdcəsinə transfertlər

85 405,0 MLN

Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi

90,0 MLN.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi

589,2 MLN.

Xaricdə təhsil üzrə Dövlət Proqramı

210,5 MLN.

“Star” neft emalı kompleksinin tikintisi

1 663,3 MLN.

AÇG layihəsində ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi

87,6 MLN.

Cənub Qaz Dəhlizi

1 530,3 MLN.

Azərbaycan Respubikasının Mərkəzi Bankına transfert

3 949,5 MLN.

Şahmar Mövsümov qeyd edib ki, ARDNF-in maliyyələşdirdiyi bir sıra layihələrin, o cümlədən, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin icrası artıq başa çatmaq üzrədir.

Belə ki, 2021-ci ildə xaricdə təhsil proqramı çərçivəsində təhsil alan son tələbənin məzun olması nəzərdə tutulur. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlər isə tamamlanıb, 2019-cu ildə bu layihə çərçivəsində son obyekt olaraq Şabran rayonu ərazisində yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə gəldikdə, cari ildə Neft Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsi davam etdiriləcək ki, bu məqsədlə ARDNF-in 2019-cu il büdcəsində 200 milyon manat vəsait ayrılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department