Ucarda “Mozzarella” pendiri istehsal olunacaq
Ucarda dövlətin güzəştli kreditləri hesabına aqropark yaradılır.
İqtisadiyyat Nazirliyindən Bİ.az-a daxil olmuş məlumata görə, aqroparkda birinci mərhələ üzrə 800 ha buğda, 700 ha arpa, 105 ha pambıq, 100 ha yonca, 90 ha qarğıdalı, 70 ha çəltik əkilmiş və 200 başlıq ferma yaradılıb. Aqroparka Macarıstandan 125 baş “Murrah” cinsindən olan camış gətirilib.
İkinci mərhələdə gündəlik 2 ton süd emal etmək gücündə olan müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu emal müəssisəsində ölkəmizdə ilk dəfə olaraq italyan pendir növü olan “Mozzarella” pendiri istehsal olunacaqdır.