"Unibank" işçi axtarır - VAKANSİYA
Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə : Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri üzrə mütəxəssis
Müqavilə şərtləri: Daimi
Başlıca öhdəliklər və məsuliyyətlər
• Biznes kreditləşmə layihələrində risklərinin ekspertizası;
• Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi;
• Bankın kredit siyasəti, metodoloqiyasına və Mərkəzi bankın tələblərinə riayət edilməsinə nəzarət;
• Risklərin idarəedilməsi fəaliyyətinin optimallaşdırılması;
• İdarəetmə hesabatlarının hazırlanması və işlənməsi.
Namizədin Profili
• Ali təhsil (iqtisadyyat, hüquq və ya riyaziyyat sahəsində), bu sahələr üzrə olmadığı halda – kredit və ya risklərin idarə edilməsi sahəsində digər ali təhsil və ya kvalifikasiya;
• Maliyyə və ya İqtisadiyyat sahəsində minimum 3 il iş təcrübəsi;
• Analitik düşünmə bacarığı;
• Stressə davamlılıq;
• Azərbaycan və Rus dilləri üzrə biliklər;
• Bank riskləri haqda anlayışları və kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
• Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
• Qanunvericiliyin əsasları;
• Təcrübəli kompyuter istifadəçisi. Yüksək səviyyədə Microsoft Office üzrə biliklər.
Aşağıdakı namizədlərə üstünlük veriləcəkdir
• Professional sertifikasiya və kvalifikasiyaların mövcudluğu;
• Kreditləşmə və risklərin idarəedilməsi sahəsində iş təcrübəsi;
• Xarici dil bilikləri;
• Mərkəzi Bankın risklərin idarəedilməsi və kreditləşmə sahəsində qaydalar və tələblər bilikləri.
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.