Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi - BOMBA HƏYƏCANI
Rusiyanın “Ural hava yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.
Bununla bağlı təyyarədə olan sərnişinlərdən biri məlumat verib.
“İki saat əvvəl Bəhreyndən uçan üç saatdan sonra Domodedova aeroportunda eniş etməli olan “Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib”, - məlumatda bildirilib.
Onun sözlərinə görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.
Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.