Azərbaycanın icmal büdcəsinin yanvardakı gəlirləri və xərcləri nə qədərdir?
Bu ilin yanvar ayında Azərbaycanın icmal büdcəsinin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, son nəticədə ötən ay büdcədə 2 milyard 694,4 milyon manat profisit yaranıb.
Xatırladaq ki, icmal büdcəyə dövlət büdcəsi, eləcə də Dövlət Neft Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun, İcbari Tibbi Sığorta Fondunun və Naxçıvan MR-nın büdcələri daxildir.


















