Bu ilin yanvar ayında Azərbaycanda fərdi uçot sistemindəki sığortaolunanların sayı 10,7 min nəfərdən çox artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, fevralın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur.

