İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - VİDEO
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.
Sonra "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.
Mərasimdə Prezident İlham Əliyev çıxış edib.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.
Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın digər laureatı Zarqa Yaftalı çıxış edib.
Mərasimdə, həmçinin "Taavon" Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış etdi.


















