Rusiyada “bakalavr” və “magistr” dərəcələri ləğv edilir
Rusiyada ali məktəblərdə “bakalavr” və “magistr” dərəcələri bu ilin 1 sentyabrından etibarən ləğv ediləcək.
Bu barədə “Gazeta.ru” məlumat yayıb. Bildirilir ki, bu barədə Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva açıqlama verib.
Deputatın sözlərinə görə, onların əvəzinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil formatları tətbiq olunacaq.


















