PAŞA Bank sərvətini Azərbaycan vətəndaşları ilə necə paylaşacaq?
PAŞA Bank may ayında kütləvi səhm buraxılışını bitirəcək.
ENA.az-ın məlumatına görə, İdarə Heyətinin üzvü Murad Süleymanov bildirib ki, səhmin nominal qiyməti hazırda 50-55 manatdır. Lakin kütləvi satışa çıxış qiyməti hələki tam məlum deyil.
Səhmdarlara dividend ödənişinə gəldikdə isə payçılara 2025-ci ilin yekunlarına görə pul ödəniləcək.
Qeyd edək ki, bu proses səhmdar tərkibinə də təsir edəcək və digər səhmdarların payı müəyyən qədər kiçiləcək.

















