Tenderlər

Elektrik sayğaclarının növbəti partiyası alınıb

"Azərişıq" Dövlət Elektrik Paylayıcı Şirkəti elektrik sayğaclarının alınması üzrə iki müqavilə bağlayıb və yenə onların sayı barədə məlumat verməyib.

Tenderin nəticəsində müqavilələr fevralın 28-də "Sensemi DMCC of Dubai" və "Gatdigital" QSC-yə verilib.

Dövlət satınalma müqavilələrinin reyestrində sayğacların alınması üzrə müqavilələrin dəyəri açıqlanıb. MP 106 markalı bir fazalı smart elektrik sayğaclarının satın alınması üçün "Sensemi DMCC Dubai" ilə müqavilələrin dəyəri 2 milyon 940 min avro, "Gatdigital" ilə bir fazalı və üç fazalı sayğacların təchiz edilməsi üzrə müqavilənin qiyməti 1 milyon 969 min manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)