Gündəm

Tramp Kanadanın “Sülh Şurası”na qoşulması ilə bağlı dəvəti geri çağırıb

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə göndərilən “Sülh Şurası”na üzvlük dəvətinin geri götürüldüyünü açıqlayıb.

Məlumata görə, Tramp bununla bağlı açıqlamanı özünün “Truth” sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımında Mark Karniyə müraciət edib:

“Cənab Baş nazir Karni, xahiş edirəm, bu məktubu Kanadanın indiyədək mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin rəsmi şəkildə geri çəkilməsi kimi qəbul edin”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)