Gündəm

Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi

Azərbaycanda məhkum edilmiş Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekyan və Vaqif Xaçaturyan Ermənistana təhvil verilib.

Məlumata görə, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə təhvil verilib və məsələ barədə daha sonra ətraflı məlumat veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)