BİZNES

“PASHA Property Management”də yeni təyinat

“PASHA Property Management” MMC-də yeni təyinat olub.

Məlumata görə, Şəhriyar Həsənverdiyev “PASHA Property Management”də Əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunub.

O, 2025-ci ilin iyul ayından bu təyinata kimi “PASHA Property Management”ə Təchizatçıların idarəedilməsi və daxili nəzarət üzrə icraçı direktor kimi çalışıb.

Şəhriyar Həsənverdiyev 1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliyanın Kvinslend Universitetində (The University of Queensland) Beynəlxalq iqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)