Bu il dövlət icbari şəxsi sığorta xərcləri 62,1 milyon manata çatacaq
Bu il Azərbaycanda dövlət icbari şəxsi sığorta xərclərinin 62,1 milyon manat olması gözlənilir.
ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən illə müqayisədə 21,8 % çoxdur.
Hesabat dövründə dövlət icbari şəxsi sığorta xərclərinin ümumi iqtisadi təsnifat xərclərinin 0,1 %-ni təşkil edəcəyi proqnozlaşdırılır.

















